Bakı, AzerVoice
ABŞ-ın Qrenlandiya üçün ciddi planları var.
AzerVoice xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Murmansk şəhərində keçirilən Beynəlxalq Arktika Forumunda çıxış edərkən deyib.
“Bu planlar tarixi köklərə malikdir. ABŞ-ın Arktika bölgəsindəki geostrateji, hərbi, siyasi və iqtisadi maraqlarını sistematik şəkildə ön planda tutmağa davam edəcəyi açıqdır”, - deyə Putin bildirib.
Putin, ABŞ ilə Qrenlandiya arasında baş verənlərin Rusiya ilə bağlı olmadığını qeyd edib.
“Bunun yeni ABŞ rəhbərliyinin şişirdilmiş ritorikası olduğuna inanmaq çox yanlış olardı", - deyə o bildirib.
Putin Arktika bölgəsində dost ölkələrlə birgə layihələr inkişaf etdirmək istədiklərini, Qərb ölkələrinə də qapıların açıq olduğunu qeyd edib.
Bununla yanaşı o, Qərb ölkələrinin Rusiyaya qarşı sərgilədiyi münaqişə yönlü mövqenin Arktikada əməkdaşlıq imkanlarına zərər verdiyini vurğulayıb.
“Rusiya Arktikada heç kimi təhdid etmir, lakin burada suverenliyini müdafiə etməyə hazırdır”, - deyə Putin qeyd edib.
Bundan əlavə, Putin, Şimal Dəniz Yolu vasitəsilə daşınmaların son 10 ildə təxminən 9 dəfə artdığını bildirib və bu marşrut üzrə 2030-cu ilə qədər ildə 70-100 milyon tonluq yükdaşıma hədəfləndiyini qeyd edib.