Əsas səhifə » Etirazlarda 150 polisimiz yaralanıb - Ali Yerlikaya

Etirazlarda 150 polisimiz yaralanıb - Ali Yerlikaya

Bakı, AzerVoice

İstanbulda baş verən etirazlarla bağlı açıqlama verən Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, "Millətimizin qardaşlığına qarşı pusqu quruldu. Polislərimizə hücum edildi. Milli-mənəvi ailə dəyərlərimiz tapdalandı. Ədalət küçələrdə deyil, məhkəmə zallarında təzahür edir. Küçəyə çıxmaqla heç kimi təmizə çıxarmaq olmaz" dedi.

AzerVoice xəbər verir ki, Ali Yerlikaya gündəmlə bağlı açıqlamalar verib

Nazir Yerlikaya Ankarada mətbuata açıqlamasında martın 19-dan bu yana keçirilən qanunsuz nümayişlərdə indiyədək 1879 şübhəlinin saxlanıldığını bildirib.

"Bu son hərəkətlərdən sonra 1879 şübhəli saxlanılıb. Onlardan 260-ı həbs edilib, 468-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Onlardan 662-nin icraatı davam edir, 489-u isə azadlığa buraxılıb. Saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şübhəlilər də var. Hamısı budur? Narkotik, cinsi təcavüz, oğurluq, dələduzluq və qəsdən yaralama kimi 17 müxtəlif cinayətlə bağlı məhkəmə istintaqına məruz qalan şəxslərin olduğu müəyyən edilib. Təəssüf ki, aksiyalar zamanı 150 polisimiz yaralanıb. Ayıb deyilmi? Günah deyilmi? Polislər bu millətin övladları deyilmi? Onların da yolunu gözləyən həyat yoldaşları, övladları, anaları, ataları yoxdurmu? Polisimiz təkcə şəhərlərimizin deyil, həmin gün həmin ərazilərə gələnlərin də təhlükəsizliyini təmin etmək üçün orada idi.

Sizin hüzurunuzda qubernatorlarımızı və polis rəislərimizi bir daha təbrik edirəm. Mən bütün təxribatlara rəğmən sağlam düşüncələrini itirməyən, xidməti vəzifələrini səbirlə yerinə yetirən bütün qəhrəman polislərimizlə fəxr edirəm. Dualarımız, eləcə də sevimli millətimizin duaları qəhrəman polislərimiz və təhlükəsizlik qüvvələrimizlədir. Allah ayağınıza daş dəyməsin." - deyə Yerlikaya bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice