Əsas səhifə » Qiymət sabitliyinə nail olana qədər davam edəcəyik - Şimşek

Qiymət sabitliyinə nail olana qədər davam edəcəyik - Şimşek

BAKI,AzerVoice

Türkiyə Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək inflyasiya ilə mübarizə proqramının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

AzerVoice xəbər verir ki, Nazir Şimşək sosial media hesabında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 2025-ci ilin mart ayı üçün açıqladığı "Sektor inflyasiya gözləntiləri"nə münasibət bildirib.

O, bütün qurumların güclü koordinasiyası və sərtləşən maliyyə şərtləri ilə inflyasiyanın nəzarət altına alınacağını qeyd edib.

Şimşək bazar iştirakçılarının və real sektorun inflyasiya gözləntilərinin azaldığını bildirərək, növbəti 12 ay üçün bu rəqəmin bazar iştirakçıları arasında 24,6 faiz, real sektorda isə 41,1 faiz olduğunu vurğulayıb. Ev təsərrüfatlarının gözləntilərində isə cüzi artım müşahidə edilib.

Qeyd edək ki, son aylarda Türkiyə iqtisadiyyatında inflyasiya ilə mübarizə çərçivəsində sərt pul siyasəti həyata keçirilir və faiz dərəcələrinin artırılması kimi tədbirlər görülür.

Digər Kateqoriyalar

2025 © Azervoice