BAKI,AzerVoice
Özgür Özəlin media qurumlarını və şirkətləri açıq şəkildə bu cür təhdid etməsi siyasi zorbalıqdan başqa bir şey deyil.
AzerVoice xəbər verir ki, bu sözləri, AK Parti-nin sədr müavini və sözçüsü Ömər Çelik deyib.
"CHP sədri Özgür Özel siyasətçi kimi danışmaqdan tamamilə uzaqlaşmışdır. Hər çıxışında prezidentimizi, partimizi və ittifaqımızı, media qurumlarını, şirkətləri hədəf alan bu hücumçu dil yalnızca özünə zərər verəcəkdir",- deyə o bildirib.
O, CHP-nin öz daxili gündəmində olan məsələlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və AK Partiyə və hücum etməsinin hədəf yönləndirməkdən başqa bir şey olmadığını vurğulayıb.
"CHP rəhbərlərinin, CHP kimi köklü bir partiyanı hücumçu və zorba düşüncə tərzinin mərkəzi halına gətirməsi çox təəssüfvericidir. Rəqiblərimizin sağlam düşüncəli olmasını və real siyasətlə qarşımıza çıxmalarını istəyirik. Qarşımıza zorbalıq və hücum dolu saxta siyasətlə çıxanlara isə lazım olan cavabı verərik",- deyə Çelik bildirib.