Əsas səhifə » Türkiyədə baş verən aksiyalar zamanı 100 - dən çox polis əməkdaşı yaralanıb - Ali Yerlikaya

Türkiyədə baş verən aksiyalar zamanı 100 - dən çox polis əməkdaşı yaralanıb - Ali Yerlikaya

BAKI,AzerVoice

Türkiyədə baş verən aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb, 1133 nəfər isə saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

“Son günlərdə bəzi dairələr toplantı və nümayiş yürüşü hüququnu sui-istifadə edərək, ictimai asayişi pozmağa çalışır, küçə hadisələrini qızışdıraraq polisimizə hücum edir. Bu cür aksiyalar, xalqımızın asayiş və təhlükəsizliyini pozmaq məqsədi daşıyır. Aksiyalarda 123 polisimiz yaralanıb",- deyə Yerlikaya bildirib.

O, aksiyalar zamanı daş, taxta, hava fişəyi, molotov kokteyli, baltalar və bıçaqların ələ keçirildiyini bildirib. Polisə hücum edən, ictimai əmlaka zərər verən, xalqın təhlükəsizliyini təhdid edənlər haqqında hüquqi tədbirlər davam etdiyi vurğulanıb.

Yaxalananlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şəxslər müəyyən edilib. Həmçinin, saxlanılan şəxslərin arasında "Narkotik", "Oğurluq", "Dolandırıcılıq", "Cinsi təcavüz/istismar", "Qəsdən yaralama" kimi 17 müxtəlif cinayətdən cinayət məsuliyyətinə cəlb edildikləri müəyyən edilib

Digər Kateqoriyalar

2025 © Azervoice