BAKI, AzerVoice
İstanbulda keçirilən etiraz aksiyaları zamanı 343 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki , İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı istintaq çərçivəsində dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə icazəsiz nümayişlər zamanı 343 nəfər saxlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, sosial media hesabında verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin ictimai asayişi qorumaqda qətiyyətli olduğunu bildirib. O vurğulayıb ki, ölkədə xaos və təxribat yaratmağa çalışanlara heç bir halda imkan verilməyəcək.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı baş verən aksiyalar ölkənin bir neçə şəhərində geniş etirazlara səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş rejimdə xidmət aparır.