BAKI,AzerVoice
Avropanın hərbi cəhətdən gücləndirilməsi çox təhlükəli bir tendensiyadır.
AzerVoice xəbər verir ki, bu sözləri Kremlin Sözcüsü Dmitriy Peskov deyib.
Avropanın hərbi cəhətdən gücləndirilməsi mövzusuna toxunan Peskov, çox sayda Avropalının buna qarşı çıxdığını, amma ölkə rəhbərliklərinin bu yolu izlədiyini qeyd edib.
"Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etibar mühitini təmin etməyə kömək etmir, Avropadakı təhlükəsizliyə töhfə vermir",- deyə Peskov bildirib.
Ukrayna ordusunun, Rusiya torpağı Kursk bölgəsindəki Suca şəhərindəki təbii qaz pompalanma stansiyasına hücum etdiyini qeyd edən Peskov, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji infrastrukturuna hücum etməmək barədə verdiyi vədinə əməl etmədiyini bildirib.
İranın nüvə məsələsinə də toxunan Peskov, bu məsələnin siyasi diplomatik yollarla həll edilməsi lazım olduğunu vurğulayıb.
"İranın nüvə silahına sahib olmaq planı yoxdur. İran, nüvə proqramını beynəlxalq hüquqa ciddi şəkildə uyğun həyata keçirir. Digər ölkələr olduğu kimi, İran da sülhsevər nüvə sahəsini inkişaf etdirmək haqqına sahibdir",- deyə o vurğulayıb.