Əsas səhifə » Gabar bölgəsində yeni nəhəng enerji kəşfləri gözlənilir - Bayraktar

Gabar bölgəsində yeni nəhəng enerji kəşfləri gözlənilir - Bayraktar

BAKI,AzerVoice

Gabar bölgəsində yeni nəhəng enerji kəşfləri gözlənilir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar deyib.

Bayraktar, Gabar bölgəsində enerji sahəsində mühüm kəşflərin ediləcəyini açıqlayıb. Nazirin sözlərinə görə, yeni tapıntılar bölgənin strateji əhəmiyyətini daha da artıracaq və ölkənin enerji sektorunu gücləndirəcək.

O, bildirib ki, Gabar neft yataqlarındakı yeni kəşflər Türkiyənin enerji sahəsində inkişaf etməsinə səbəb olacaq.

"Yeni kəşflər enerji müstəqilliyinə doğru irəliləyən yolu qısaldacaq və bu iqtisadi inkişafla yanaşı, ictimai rifaha da töhfə verəcək",- deyə o bildirib.

Türkiyə hökuməti son illərdə daxili enerji mənbələrinin istismarını prioritet hesab edərək, neft və qaz yataqlarının axtarışı və hasilatı sahəsində mühüm addımlar atır. Yeni kəşflərin ölkənin xarici enerji asılılığını azaltmaqda əhəmiyyətli rol oynayacağı gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice