Əsas səhifə » Rusiya Ukraynada insanların taleyini təhlükəyə atmayacaq - Lavrov

Rusiya Ukraynada insanların taleyini təhlükəyə atmayacaq - Lavrov

BAKI,AzerVoice

Rusiya tərəfi sülh prosesində nə etməli olduğunu yaxşı bilir və insan həyatı üçün təhlükə yaradacaq güzəştlərə getməyəcək.

AzerVoice xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya-Ukrayna münaqişəsi, onun həlli yolları və ABŞ ilə münasibətlər barədə fikirlərini bölüşüb.

"Söhbət yalnız Rusiyanın nəzarətində olan ərazilərdəki insanlardan deyil, həm də Kiyev rejiminin nəzarətində olan ərazilərdə yaşayan insanlardan gedir", – deyə Lavrov vurğulayıb.

Lavrov bildirib ki, Rusiya üçün əsas məsələ Kiyev hakimiyyətinin tarixdən məhrum etdiyi insanların qorunmasıdır. Onun sözlərinə görə, ərazilər yalnız orada yaşayan insanların varlığına görə əhəmiyyətlidir.

Lavrov, həmçinin, Ukraynanın ərazi bütövlüyü ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, Ukrayna əgər özü kompromisə getsəydi və öz təşəbbüslərini həyata keçirsəydi, 1991-ci il sərhədlərini – Krım və Donbasın bir hissəsi istisna olmaqla saxlaya bilərdi.

Digər Kateqoriyalar

2025 © Azervoice