Əsas səhifə » Suriya barədə mövqeyimizi dəyişməyəcəyik - Ərdoğan

Suriya barədə mövqeyimizi dəyişməyəcəyik - Ərdoğan

Bakı, AzerVoice

Milyonlarla suriyalını Baas rejimi qətlə yetirərkən mövqeyimiz nə idi sə, bu gün də eynidir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Suriya mövzusunda heç kim bizə vicdan dərsi verə bilməz",- deyə Ərdoğan bildirib.

Ərdoğan, həmçinin Suriyadakı vəziyyətin nəzarət altına alındığını bildirib.

"Hadisələrin böyük ölçüdə nəzarət altına alındığını, lakin vəziyyətin hələ də həssaslığını qoruduğunu görürük",- deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və ictimai sülhünü hədəf alan hər cür hücumu, terror və təxribat aktlarını pisləyir.

"Bu gərginliyin tez bir zamanda aradan qaldırılması üçün Suriya rəsmilərinə lazımi tövsiyələri veririk. Prezident Şəraanın təmkinli mövqe sərgiləməsini, hüquq çərçivəsindən çıxanların cəzalandırılacağına dair verdiyi mesajları müsbət qarşılayırıq. Şəraa, intiqam hissinə qapılmadan birləşdirici siyasət yürüdür. Suriya xalqının uzun illərdir həsrətini çəkdiyi qalıcı sülh və sabitliyə tez bir zamanda qovuşmasını səmimiyyətlə arzulayırıq",- deyə o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice