Əsas səhifə » Terrorun qanlı izləri tamamilə silinəcək - Bahçeli

Terrorun qanlı izləri tamamilə silinəcək - Bahçeli

Bakı, AzerVoice

Terrorun qanlı izləri tamamilə silinəcək.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

Bahçeli, Türkiyənin tez bir zamanda terrordan tamamilə təmizlənəcəyini və terrorçuların ağır nəticələrlə üzləşəcəyini qeyd edib.

Bahçeli, PKK terror təşkilatının və ona bağlı qrupların dərhal və şərtsiz şəkildə silahlarını buraxaraq Türkiyəyə təhvil verməli olduğunu bəyan edib.

O, 27 fevral 2025-ci ildə İmralıdan edilən tarixi çağırışın yalnız PKK-nı deyil, həm də onun bütün qollarını əhatə etdiyini, bu çağırışdan YPG və digər terror qruplaşmalarının istisna olunması ilə bağlı fikirlərin əsassız olduğunu vurğulayıb.

PKK (Kürdüstan Fəhlə Partiyası - Partiya Karkerên Kurdistan), 1978-ci ildə hazırda həbsdə olan Abdullah Öcalan tərəfindən Türkiyədə qurulmuş bir terror təşkilatdır. PKK, kürdlərin hüquqlarını müdafiə etdiyini ddia edir.

Qısa Tarixi və Məqsədləri. Terror təşkilatı 1984-cü ildən etibarən Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb. Başlanğıcda marksist-leninist ideologiyaya əsaslanırdı, sonralar isə demokratik konfederalizm modeli altında maskalanmağa başladı. Kürd muxtariyyəti və ya müstəqilliyi uğrunda mübarizə apardığını iddia edir. PKK bir çox kürdlər tərəfindən dəstəklənmir.

Beynəlxalq Statusu. Türkiyə, ABŞ, Avropa İttifaqı və bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Suriya, İraq və İran daxilində müxtəlif terror qruplarlı ilə əlaqələri var. Suriyada PKK-ya bağlı YPG (Xalq Müdafiə Dəstələri) fəaliyyət göstərir. ONların ən aktiv dəstəkçisi ABŞ və avropa ölkələrindir. Türkiyənin etirazına baxmayaraq ABŞ güya İŞİD-ə qarşı mübarizə adı altında PKK-nın Suriya qolunu dəstəkləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice