Bakı, AzerVoice
Türkiyə, 31 il sonra 20 Gbps-ə qədər yüksək sürətlərə çatacaq 5G texnologiyası ilə tanışmağa hazırlaşır.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu deyib.
O, Türkiyədə 23 fevral 1994-cü ildə Türkiyənin keçmiş Baş naziri Tansu Çillerin keçmiş prezidenti Süleyman Demirelə telefonla zəng edərək apardığı ilk mobil telefon danışığından 31 il keçdiyini bildirib.
Uraloğlu xatırladıb ki, Türkiyədə 1986-cı ildə telefonlar vasitəsilə 1G texnologiyası ilə tanış olub. Mobil telefon zəngi, məlumat ötürülməsi və SMS göndərilməsinə imkan yaradan 2G texnologiyası isə 1994-cü ildə istifadəyə verilməyə başlanıb.
Türkiyənin 2009-cu ildən etibarən 3G-yə keçdiyini xatırladan Uraloğlu, 1 aprel 2016-da mobil cihazlarda internet sürətini 10 dəfə artıran 4,5G texnologiyası sayəsində yeni imkanların yarandığını bildirib.
"Türkiyədə internet istifadəsinin başlanğıc tarixi olaraq qəbul edilən 1993-cü ildən bu günə kimi genişzolaqlı internet istifadəsi sürətlə artıb. 2008-ci ildə 6 milyon olan genişzolaqlı internet abunəçisi sayı, keçən ilin üçüncü rübünün sonunda 96,4 milyona, ümumi mobil abunə sayı isə 65 milyondan 94,5 milyona yüksəlib. 4,5G xidmətlərinin sağlam şəkildə təmin olunması üçün zəruri fiber sərmayələr həyata keçirilərkən, operatorların ümumi fiber uzunluğu 588 min kilometrə çatıb",- deyə Uraloğlu qeyd edib.
Uraloğlu həmçinin bildirib ki, Türkiyədə xidmət göstərən operatorların hal-hazırda qurulmuş 2G, 3G və 4,5G şəbəkələrinə dair imtiyaz müqavilələri və yetki sənədlərinin bitiş tarixləri 30 aprel 2029-cu il olaraq müəyyən edilib.