Bakı, AzerVoice
Fələstin satılmır və biz ərazilərimizin bir qarışından belə imtina etməyəcəyik.
AzerVoice xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
Abbas, Beynəlxalq legitimliyə və Ərəb Sülh Təşəbbüsünə əsaslanan istənilən siyasi həll yolunu müdafiə etdiklərini qeyd edib.
Qeyd edək ki, Abbas, İordaniyaya səfəri zamanı İordaniya Kralı II Abdullah ilə fələstinlilərin köçürülməsi çağırışlarına qarşı birgə koordinasiyanı müzakirə edib.
Fəth Hərəkatının Mərkəzi Komitəsi də öz növbəsində bəyan edib ki, Qəzza zolağından və ya işğal olunmuş Fələstin torpaqlarının istənilən hissəsindən fələstinli xalqın köçürülməsi çağırışlarını tamamilə rədd edir. Bu çağırışlar beynəlxalq legitimlik qərarlarına və beynəlxalq hüquqa zidd olduğu üçün, açıq şəkildə ərəb və beynəlxalq mövqelər qarşısında uğursuz olacaq."
Komitə, martın 4-də keçirilməsi planlaşdırılan Ərəb Dövlətləri Liqasının fövqəladə sammitinin əhəmiyyətini vurğulayaraq, köçürülmə çağırışlarının müzakirəsi və Qəzzanın sakinlərinin iştirakı ilə yenidənqurma planının qəbul edilməsinin vacibliyini qeyd edib.