Bakı,AzerVoice
Avropa, Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin etməkdə liderlik etməyə hazır və istəklidir
AzerVoice xəbər verir ki, NATO rəhbəri Mark Rutte, Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən sammitdən sonra sosial media hesabında paylaşım edib.
O, Avropanın NATO-nun kollektiv təhlükəsizliyinə investisiya qoymağa da hazır və istəkli olduğunu vurğulayaraq, detalları razılaşdırmağın vacib olduğunu qeyd edib.
ABŞ-da Donald Tramp administrasiyasının gündəmə gətirdiyi və Avropanın kənarda qalacağı bildirilən sülh danışıqları ilə bağlı məsələlərin müzakirə olunduğu sammitə Rutte ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, həmçinin Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın liderləri də qatılıblar.
Tramp administrasiyası Ukraynanın NATO-ya üzv olmamasının vacibliyini və müharibə başa çatdıqdan sonra təhlükəsizlik zəmanətlərinin NATO tərəfindən deyil, Avropa ölkələri tərəfindən verilməli olduğunu vurğulayır.
Ağ Ev, eyni zamanda, NATO-nun Avropalı müttəfiqlərinin qitənin müdafiəsində tam məsuliyyəti öz üzərinə götürməsini istəyir.