Bakı,
AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Avropa ölkələrinin
təhlükəsizlik və iqtisadi strukturlarını yenidən formalaşdırmaq
istədiklərini və ABŞ-dan asılılığı azaltmaq yollarını
axtardıqlarını bildirib.
AzerVoice xəbər verir ki, nazirin
sözlərinə görə, Avropa liderləri hazırda "Yeni
təhlükəsizlik strukturu necə yaradıla bilər? Yeni iqtisadi
strukturla necə irəliləyə bilərik? ABŞ-dan asılılığı necə azaltmaq
olar?" sualları ətrafında düşünürlər.
Fidan qeyd edib ki, Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik
və ABŞ-ın Avropadan uzaqlaşması ehtimalı Avropa ölkələrini narahat
edən əsas məsələlərdəndir. O bildirib ki, Avropa Türkiyəni etibarlı
və güclü tərəfdaş kimi görür.
Türkiyə xarici işlər naziri Ukraynanın ərazi bütövlüyünü
dəstəklədiklərini, lakin müharibə reallığının bəzi "ağrılı
seçimlər" tələb etdiyini vurğulayıb.
"İdeal dünyada biz Ukraynanın ərazi bütövlüyünün qorunub
saxlanmasını istərdik. Amma indi biz müharibə dövründəyik və
təəssüf ki, bu müharibə nəticəsində bəzi seçimlər, bəzi ağrılı
seçimlər etməliyik." - deyə Fidan bildirib.
Fidan İsrailin Qəzzadakı atəşkəsi pozmağa davam etdiyini və
Netanyahu hökumətinin bu atəşkəsi qorumaq niyyətində olmadığını
bildirib.
O, həmçinin ABŞ-ın Qəzzadakı vəziyyəti nəzərə alaraq hərəkətə
keçməli olduğunu vurğulayaraq, "Tramp və onun administrasiyası
Qəzzada növbəti soyqırımın qarşısını almaq vəzifəsi
olmalıdır." - deyə bildirib.
Türkiyə Avropa üçün etibarlı tərəfdaşdır - Fidan
120