Əsas səhifə » HƏMAS məhv edilməlidir - ABŞ dövlət katibi

HƏMAS məhv edilməlidir - ABŞ dövlət katibi

Bakı,AzerVoice

HƏMAS məhv edilməlidir, bu isə Qəzzadakı qeyri-sabit atəşkəsə daha çox şübhə yaradır.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio vəzifəyə gəldikdən sonra ilk Yaxın Şərq turu çərçivəsində Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.

Netanyahu bu planı alqışlayaraq, Tramp ilə Qəzzanın gələcəyi üçün ortaq strategiyaya malik olduqlarını bildirdi.

"HƏMAS 7 oktyabr 2023-cü il hücumu zamanı əsir götürülən onlarla insanı azad etməsə, cəhənnəmin qapıları açılacaq",- deyə Netanyahu Trampın sözlərini təkrarlayıb.

Bu açıqlamalar atəşkəsin ilk mərhələsinin bitməsinə iki həftə qalmış səsləndi. İkinci mərhələ isə hələ müzakirə olunmayıb. Bu mərhələdə HƏMAS-ın daha çox girovu buraxması qarşılığında fələstinli məhbusların azad edilməsi, daimi sülh və İsrail qüvvələrinin Qəzzadan çıxması nəzərdə tutulur.

Rubio vurğulayıb ki, HƏMAS nə hərbi, nə də siyasi güc olaraq qalmalıdı.

"HƏMAS administrativ güc kimi mövcud olduğu müddətcə sülh mümkün deyil. O, məhv edilməlidir",- deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice