BAKI, AzerVoice
İki dövlətli həll 7 oktyabrda "öldürüldü".
AzerVoice xəbər verir ki, bunu İsrail Knessetinin sədri Amir Ohana bu gün, cümə axşamı, Avropa Parlamentinin sədri Roberta Metsolan ilə görüşü zamanı deyib.
Knesset sədri görüş zamanı Qəzza sakinlərinin beyinlərininin “yuyulduğunu” iddia edib və Metsolana “çaydan dənizə” şüarının mənasını izah edən bir xəritə təqdim edib.
“Qəzzada təhsil sistemi Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) tərəfindən idarə olunur və bu, 7 oktyabr qırğınının baş verməsinə şərait yaradıb”, - deyə Ohana qeyd edib.
O, əlavə edib ki, vaxtilə həll kimi görünən iki dövlətli həll də öldürüldü.
O, hazırda yeganə təklifin ABŞ prezidenti Donald Trampın təklifi olduğunu vurğulayıb.