Əsas səhifə » Qəzzalıları köçürməklə həll yolu tapmaq olmaz - Uraloğlu

Qəzzalıları köçürməklə həll yolu tapmaq olmaz - Uraloğlu

Bakı, AzerVoice

Qəzzalıların evlərindən didərgin salınması ilə həll yolu tapmaq mümkün deyil.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) toplantısında iştirak edən zaman bildirib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə açıq və qətiyyətli mövqe sərgilədiyini vurğulayıb.

Uraloğlu, Trampın Qəzzanı ələ keçirmə planına qarşı çıxan ölkələrin mövqeyini dəstəklədiyini bildirib. O, paytaxtı Şərqi Qüds olan iki dövlətli həll modelindən başqa bir variantın nəticə verməyəcəyini qeyd edib.

Nazir həmçinin “Orta Dəhliz” və “İnkişaf Yolu Dəhlizi” mövzularına beynəlxalq marağın yüksək olduğunu deyib və nəqliyyat problemlərinin qlobal əməkdaşlıqla həll edilməsinin vacibliyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice