BAKI,AzerVoice
Darbornda, bir çox ərəb mənşəli amerikalının yaşadığı yerdə, Səmra Ləqman Co Baydenin İsraili dəstəkləməsinə qarşı çıxmaq məqsədilə Donald Trampa səs verib və o buna görə əsla peşman olmadığını bildirir. O qedy edir ki, baxmayaraq ki, Tramp Qəzza əhalisinin yaşadığı yerdən köçürmək istəyir, onun kimi bir çox ərəb mənşəli amerikalılar Trampdan yerlə-göy qədər razıdırlar.
42 yaşlı Ləqçan kimi , Miçiqanda yerləşən bu şəhərin bir çox seçicisi də demokratları İsrailin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumuna cavab olaraq Qəzzada başladığı dağıdıcı müharibəni dəstəkləməkdə ittiham edərək, narazılıqlarını bildirmək üçün respublikaçı milyarderə səs verib.
Əvvəllər demokratların qalası hesab edilən bu şəhərdə Donald Tramp noyabr prezident seçkilərində səslərin 42.5 faizini qazanıb və Kamala Harris-i (36.3 faiz) qabaqlayıb. Yaşıllar Partiyasının namizədi Cil Stayn isə şəhərdə 18.3 faiz səs toplayıb.
Ləqman deyir ki, Donald Trampın qələbəsindən sonra "böyük qayıdış yürüşünü" müşahidə etdik, bu, müvəqqəti atəşkəs razılaşmasından sonra minlərlə fələstinli qaçqının öz evlərinə qayıtmaq üçün atılan önəmli addım olduğunu bildirir.
Ləqman əmindir ki, Donald Tramp 20 yanvar tarixində andiçmə mərasimindən əvvəl Qəzzadakı atəşkəsi mümkün edib. Lakin, digər seçicilər kimi, o da vurğulayır ki, Trampa səs verməklə ona açıq-aşkar dəstək verməyib, yalnız Demokrat Partiyasına qarşı cəzalandırmaq məqsədini güdüb. O deyir: "Respublikaçılara məcburən səs verən çoxları indi hər iki pattyiyaya acıqlıdır."
Bir çoxları isə amerikalı prezidentin Qəzzanı əhalisindən təmizləyərək onu "Yaxın Şərqin Rivierası"na çevirməyi təklifini kəskin şəkildə rədd edirlər.
Bu təklif dünya boyu geniş narazılıq doğurub, lakin İsrailin sağ mühafizəkarları bunu böyük bir coşqu ilə qarşıladılar.
İş qadını Fai Nəmir (39 yaş), İsrailin Livana hücumları nəticəsində yaxınlarını itirən biri olaraq, Trampın planını rədd etdiyini bildirir. O, "Fələstin bizim üçün qırmızı xəttdir" deyir. Trampın kəskin bəyanatlarına baxmayaraq, Darborn sakinləri, Co Baydendən İsrailə Qəzza zolağında döyüşləri dayandırmağa daha çox təzyiq göstərməməsinə görə narazı idilər.
Ərəb icmasının nümayəndələri, Donald Trampı dəstəkləyib-dəstəkləməməyə qərar verməzdən əvvəl, həm demokrat, həm də respublikaçı vəzifəli şəxslərlə görüşüblər.
Fai Nəmir, Darborn restoranında Donald Tramp şərəfinə təşkil olunan nahar qəbulunda iştirak edib. O, Trampın sülh yolu və iki dövlətli həllə dəstək vermək vədini verdiyini bildirir. Trampın əvvəlki tədbirlərinin İsrailə çox üstünlük verdiyini nəzərə alsa da, o, "böyük ümid" bəslədiyini və bu iş adamının sözlərini yerinə yetirmək üçün danışıqlar aparma qabiliyyətinə inandığını gizlətmir.
Bəşarə Bəhbəh də respublikaçı milyarderin qələbəsini qeyd edib. O, Trampın bu ideyanı "hipotez" olaraq irəli sürdüyünü, lakin "real bir layihə" olaraq təqdim etmədiyini düşünür.