Bakı,
AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı hadisələr və
Şaranın Ankara səfərinin əhəmiyyəti haqqında danışıb.
AzerVoice xəbər verir ki, Fidan
bildirib ki, Suriyada vəziyyətin müsbət istiqamətdə inkişaf
etdiyini müşahidə edirlər.
O, Türkiyə prezidenti ilə keçirilən son görüşdə dondurulmuş
məsələlərin, sərhəd təhlükəsizliyinin və regional sabitliyə yönəlik
addımların müzakirə olunduğunu qeyd edib. Nazir bu danışıqların
Dəməşq rəhbərliyi üçün də önəmli olduğunu vurğulayıb.
Fidan Şaraanın Ankara səfərinin mühüm nəticələr verdiyini , Türkiyənin əsas gözləntisinin Şaraanın ölkəsindəki problemləri həll etməsi və Türkiyə üçün təhlükə yaradan məsələləri aradan qaldırması olduğunu qeyd edib.
O, Şaraanın PKK/YPG məsələsində qəti və aydın mövqe sərgilədiyini, bu mövqenin Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək səviyyədə olduğunu bildirib.
Nazir ABŞ-da yeni administrasiyanın qərarvermə prosesində olduğunu bildirərək, Vaşinqtonun YPG-yə dəstəyini dayandırmasını və Suriyanın milli birliyi və bütövlüyünə mane olan amillərin aradan qaldırılmasını gözlədiklərini vurğulayıb.
Şaraanın həbsxanalara nəzarət gücünə və iradəsinə sahib olduğunu qeyd edən Fidan, Suriya dövlətinin milli bütövlüyünü təmin etmək üçün PKK üzvlərini ya geri göndərəcəyini, ya da zərərsizləşdirəcəyini bildirib.
O, həmçinin terrorla mübarizədə dövlət orqanlarının fədakarlığını xüsusi vurğulayaraq, bu məsələnin təsadüfə buraxıla bilməyəcəyini qeyd edib.