Əsas səhifə » Qaro Paylanın Azərbaycanı təhdid etməsi yolverilməzdir - Türkiyəli ekspert

Qaro Paylanın Azərbaycanı təhdid etməsi yolverilməzdir - Türkiyəli ekspert

Bakı, AzerVoice

HDP-dən olan sabiq millət vəkili Qaro Paylanın sözləri erməni millətçiliyinin taktikasıdır və onun Azərbaycanı təhdid etməsi yolverilməzdir.

AzerVoice xəbər verir ki, bunu türkiyəli siyasi ekspert və hüquqşünas Bilal Aykaç deyib.

Ekspertin fikrinə görə, Paylan açıqlamaları zamanı işlətdiyi “gül, həşərat, sülh və sevgi” kimi ifadələr arxasında erməni millətçiliyini gizlətməyə çalışır.

“Türkiyə Böyük Millət Məclisində olduğu zaman bizə insanlıq öyrətməyə çalışan Paylan, əslində, gizli erməni millətçiliyini tərənnüm edirdi”- deyə o qeyd edib.

Aykaç hesab edir ki, Paylanın Azərbaycxan əleyhinə son açıqlamaları yalnız onun şəxsi fikirləri deyil, eyni zamanda Ermənistan rəhbərliyinin səsləndirə bilmədiyi, lakin düşündüyü strateji hədəfləri əks etdirir

“Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ və İrəvan klanlarına qarşı ölkəsinin iqtisadi inkişafı üçün sülh mesajları versə də, zəif mövqedə olduğu üçün bəzi fikirlərini açıq ifadə edə bilmir-deyə o qeyd edib.

Bilal Aykaç qeyd edib ki, Türkiyə hər zaman dost və qardaş ölkəsi Azərbaycanın yanında yer alıb və bundan sonra da belə olacaq.
“Ermənistan, əhalisinin böyük hissəsi Avropa və Amerikada yaşayan, gənclərinin fürsət düşən kimi tərk etmək istədiyi bir ölkədir. Onun Türkiyəyə iqtisadi baxımdan heç bir töhfəsi yoxdur." - deyə o vurğulayıb.

Ermənistanın bir vaxtlar Rusiya, indi isə Qərb tərəfindən silahlandırıldığına diqqət çəkən ekspert, buna qarşılıq olaraq Türkiyə və Azərbaycanın da hərbi və iqtisadi əlaqələrini daha da gücləndirməli olduğunu bildirib.

Məlumat üçün bildirək ki,Paylan 3-5 il ərzində ABŞ və Fransanın köməyi ilə güclü ordu quraraq, Qarabağı Azərbaycandan geri alacağını ifadə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice