Bakı,AzerVoice
Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə Podratçılar
Birliyinin 2024-cü il Qiymətləndirmə Toplantısında çıxışı zamanı
qarşıdakı xarici səfərlər barədə məlumat verib.
AzerVoice xəbər verir ki , o, gələn ay
Liviyaya səfərə hazırlaşmağa çağırıb və Ukraynanın yenidən
qurulması ilə bağlı mühüm görüşlərdə iştirak edəcəklərini
bildirib.
“Çantalarımızı yığaq, gələn ay Liviyaya səfərə gedəcəyik. Sonra mart ayında Ukraynada proqramımız var. Biz hamımız birlikdə Ukraynanın Yenidənqurma İşçi Qrupunun iclasına gedəcəyik”, – deyə Bolat bildirib.
Nazir, Ticarət Nazirliyinin xüsusilə Körfəz ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək üçün fəal işlədiyini vurğulayıb. O, həmçinin ilin sonuna doğru Rusiya ilə iqtisadi komissiyanın Moskvada iclasının keçiriləcəyini də diqqətə çatdırıb.
Bolat, çıxışı zamanı Türkiyənin ticarət uğurlarını da qeyd edib. “Türkiyə 2024-cü ili 262 milyard dollarlıq ixracatla tamamlayaraq Cümhuriyyət rekordunu qırdı. İdxalda isə yüzdə 5 azalma ilə 344 milyard dollara düşdü”, – deyə o əlavə edib.