Əsas səhifə » Türkiyəyə qarşı təhdidlərə icazə verməyəcəyik - Əhməd Şara

Türkiyəyə qarşı təhdidlərə icazə verməyəcəyik - Əhməd Şara

Bakı,AzerVoice

Türkiyəyə qarşı təhdidlərə icazə verməyəcəyik.

AzerVoice xəbər verir ki, Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şara terror təşkilatı PKK/YPG-yə açıq mesajlar verib.

Türkiyə sərhədini qorumaq üçün əllərindən gələni edəcəklərini bildirən Şara Suriyaya verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib.

Şara xarici silahlı qruplaşmaları istəmədiklərini və Suriya ərazisində Türkiyəni təhdid edən birləşmələrə icazə verməyəcəklərini vurğulayıb.

Bundan əlavə, Ərdoğanla telefon danışığı etdiyinui bildirən Şara onu Suriyaya dəvət etdiyini və yaxın zamanlarda Türkiyə və ya Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdıqlarını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice