Bakı, AzerVoice
Kartalkaya xizək mərkəzində yerləşən bir oteldə baş verən yanğından sonra Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Fahrettin Altun, hadisə ilə bağlı bütün qurumların işlərini fasiləsiz davam etdiyini bildirib.
AzerVoice xəbər verir ki, Altun sosial
media hesabında verdiyi açıqlamasında Prezident Rəcəb Tayyib
Ərdoğanın yanğın barədə məlumat aldıqdan sonra dərhal aidiyyəti
nazirlərlə və digər rəsmi qurum rəhbərləri ilə əlaqə saxladığını
vurğulayıb.
Ərdoğan, Daxili İşlər Naziri Ali Yerlikaya, Səhiyyə Naziri Kamal
Memişoğlu, AFAD sədri Okay Memiş və Bolu valisi Abdüləziz Aydınla
görüşərək vəziyyətlə bağlı ətraflı məlumat alıb.
Eyni zamanda, Prezident Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhana, Daxili İşlər Naziri Ali Yerlikayaya, mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoya və Səhiyyə Naziri Kamal Memişoğluna Boluya gedərək lazımi tədbirləri görməyi tapşırıb.
Altun, yanğının səbəbinin hərtərəfli araşdırıldığını və rəsmi qurumların məsələyə ciddi yanaşdığını qeyd edib. Bununla yanaşı, o, dezinformasiya və manipulyasiya xarakterli məlumatlara qarşı vətəndaşları və media qurumlarını diqqətli olmağa çağırıb.
Altun, hadisədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləklərini çatdırıb və Bolu xalqına, eləcə də bütün ölkəyə keçmiş olsun arzularını ifadə edib.