19
Bakı, AzerVoice
Terrorsuz Türkiyəyə doğru gedirik. Şəhidlərimizin və qazilərimizin əmanətinə sahib çıxacayıq.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə ədliyyə naziri Yılmaz Tunç deyib.
"Biz struktur dəyişiklikləri etdik ki, bu ölkədə bir daha çevriliş olmasın, milli iradəyə mane olmasın. Biz heç vaxt milli iradəyə güzəştə getməyəcəyik. Təbii ki, biz ölkəmizin problemlərini bir-bir həll etdiyimiz kimi, inşallah bu terror bəlasının da öhdəsindən gələcəyik. Bundan heç bir şübhəniz olmasın. Terrorsuz Türkiyəyə doğru gedirik Qardaşlığımızı daha da gücləndirməklə irqinə, rənginə, dilinə, dininə, məzhəbinə görə millətimiz arasında ayrıseçkilik salmaq istəyənlərə imkan verməyəcəyik." - deyə o bildirib.