Bakı,
AzerVoice
Sosial mediada zərərli məzmunlara qarşı yaş məhdudiyyəti tətbiq
edəcəyik.
AzerVoice xəbər verir ki , Türkiyənin
Nəqliyyat və İnfrastruktur Naziri Uraloğlu NTV-nin canlı yayımında
verdiyi açıqlamalarda, sosial media istifadəsinin Türkiyədə yüksək
olduğunu və bu platformaların dünya üzrə ən çox istifadə olunanlar
arasında yer aldığını vurğulayıb.
"Bəzi sosial media platformalarının 58 milyona qədər istifadəçisi
var və ümumi istifadəçi sayı 300 milyona yaxındır," deyə qeyd
edib.
Uraloğlu, sosial mediada zərərli məzmunla mübarizə məqsədilə yaş məhdudiyyətinin tətbiq ediləcəyini bildirib. “Fikrimizcə, yaş həddi 16 olmalıdır. Lakin son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək,” deyə qeyd edib.
Nazir, sosial media istifadəsinin gənclər üzərində mənfi təsir yaratdığını, bunun da ölkənin gələcəyini təhdid etdiyini vurğulayıb. “Sosial mediada baş verən dəyişikliklərə uyğun olaraq tənzimləmələr edilməlidir. Gənclərimizə mənfi təsirlərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək əsas məqsədimizdir,”- deyə bildirib.