Bakı,
AzerVoice
Biz Türkiyə olaraq, Suriyanın yenidən qurulması üçün əlimizdən
gələni edəcəyik
AzerVoice xəbər verir ki, Türkiyə
Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin
Altun, Ankarada keçirilən "2-ci Rabitə Şurası Hazırlıq
Çalıştayı"nda Suriyadakı vəziyyət və Türkiyənin bölgədəki rolu
barədə açıqlamalar verib.
O, Türkiyənin qarşıdakı dövrdə demokratik və firavan bir Suriyanın
qurulması üçün bütün səyləri göstərəcəyini vurğulayıb.
Altun çıxışında Türkiyənin regional siyasətində humanitar yanaşmanı ön plana çəkdiyini və beynəlxalq təşkilatların münaqişələr qarşısında fəaliyyətsizliyinin bir daha müşahidə olunduğunu bildirib.
Türkiyənin xarici siyasətinin, xüsusilə Suriyadakı mövqeyinin, tarixin doğru tərəfində olduğunu qeyd edən Altun, Suriyanın ərazi bütövlüyünü qorumağı və terror təşkilatlarının bölgədəki təsirini aradan qaldırmağı əsas hədəf kimi gördüyünü açıqlayıb.
Türkiyənin uzun müddətdir Suriyadakı münaqişənin siyasi həlli üçün fəal rol oynadığına diqqət çəkən Altun qeyd edib ki, Türkiyə yalnız öz maraqlarını deyil, həm də bölgədəki insanların təhlükəsizliyini və rifahını təmin etməyi öz öhdəliyinə götürməyə hazırdır.