Əsas səhifə » Sülh və sabitliyi pozan terror hücumlarına qarşıyıq - Akif Çağatay Kılıç

Sülh və sabitliyi pozan terror hücumlarına qarşıyıq - Akif Çağatay Kılıç

Bakı, AzerVoice

Dünyada sülh və sabitliyi pozmaq üçün günahsız insanların qətlə yetirildiyi terror hücumlarına hər zaman qarşıyıq.

AzerVoicexəbər verir ki, bu fikiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç bildirib.

Kılıç, ABŞ-da baş verən terror hücumunu qınayaraq, həyatını itirənlərin ailələrinə və ABŞ xalqına başsağlığı verib.

"Bu növ vəhşilikləri heç vaxt qəbul etmirik," - deyə Kılıç, hücumun qurbanlarına olan dərin üzüntüsünü ifadə edib. O, terror hücumlarına qarşı durduqlarını və dünyada sülh və sabitliyi pozmağa çalışan hər hansı bir cinayətə qarşı mübarizə aparacaqlarını qeyd edib.

Baş müşavir, paylaşımında ayrıca olaraq "Din, dil və irqindən asılı olmayaraq yalnız qorxu mühiti ilə qidalanan bu təşkilatları məhv etmək üçün üzərimizə düşən işi etməyə davam edəcəyik" sözlərini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice