105
Bakı, AzerVoice
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya qatıldığı canlı
yayımda səhər saatlarında Balıkəsirdə baş verən partlayışla bağlı
son məlumatları açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir
partlayış nəticəsində 12 nəfərin öldüyünü, 4 nəfərin isə
yaralandığını bildirib.
O, partlayışdan sonra qubernator, axtarış-xilasetmə, sağlamlıq və AFAD qruplarının qısa müddətdə hadisə yerinə çatdığını və hazırda hadisə ilə bağlı araşdırma başlandığını vurğulayıb.
Partlayış nəticəsində yaralanan 4 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edən Yerlikaya, 12 nəfərin isə həyatını itirdiyini bildirib.
Yerlikaya partlayış nəticəsində həyatını itirənlər üçün başsağlığı verərək, yaralılara qısa zamanda şəfa diləyib.