Bakı,AzerVoice
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası zamanı ALTAY Tankının kütləvi istehsalı fəaliyyətləri ilə bağlı açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Türkiyə prezident administrasiyası və ona bağlı təşkilatların büdcə müzakirələri üçün Türkiyə Böyük Millət Məclisində olan sədr müavini Cevdet Yılmaz, ALTAY Döyüş Tankı ilə bağlı açıqlamalar verib.
“ALTAY tankının normal olaraq 2015-ci ildə inventarlaşdırılacağı gözlənilirdi. Bu gecikmə Almaniyanın konfiqurasiyadakı alt sistemlər, xüsusən də mühərrik və transmissiya üçün ixrac lisenziyası verməməsi səbəbindən baş verdi",- deyə Yılmaz bildirib.
O, 2025-ci ilin avqust ayında ALTAY tanklarının kütləvi istehsalına başlanılcağını vurğulayıb.
Hazırda sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil verilən iki ALTAY tankının mühərrik və transmissiyaları, yəni güc qrupları Cənubi Koreyadan gətirilib. İlk 40 ALTAY tankının Cənubi Koreyanın Power Group şirkəti ilə birlikdə istehsalı planlaşdırılır.