Bakı,
AzerVoice
BMT-nin baş katibi Antonio Quterreş, Suriyadakı son hadisələrlə
bağlı yazılı açıqlama verərək, müvəqqəti hökumətin mülki insanları
və humanitar işçiləri qorumaq öhdəliyini alqışladığını
bildirib.
AzerVoice xəbər verir ki, Quterreş
yazılı açıqlamasında qeyd edib ki, BMT Baş katibinin humanitar
məsələlər və fövqəladə yardım üzrə koordinatoru Tom Fletcher,
humanitar yardımları genişləndirmək məqsədilə Dəməşqə
göndərilib.
Fletcher, bu barədə Suriyadakı müvəqqəti hökumətin baş naziri
Məhəmməd əl-Bəşir və HTŞ lideri Əhməd əl-Şara (Əbu Məhəmməd
əl-Culani) ilə görüşüb.
“Mən müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar
işçiləri qorumaq öhdəliyini alqışlayıram,” - deyə Quterreş
bildirib.
BMT baş katibi həmçinin müvəqqəti hökumətin bir sıra humanitar və
sosial sahələrdə atdığı addımları yüksək qiymətləndirib. O, bütün
sərhəd keçid məntəqələri vasitəsilə humanitar yardımların
istifadəsinə icazə verilməsi, humanitar işçilər üçün vizaların və
icazələrin asanlaşdırılması, səhiyyə və təhsil kimi əsas
xidmətlərin davamlılığının təmin edilməsi və dövlətin vətəndaşları
ilə daha real və praktik dialoqa başlaması ilə bağlı qərarlarını
dəstəklədiyini qeyd edib.
Quterreş çıxışında, "Suriya xalqı daha yaxşı bir gələcək qurmaq
fürsətindən yararlanmalıdır. Beynəlxalq ictimaiyyət bu prosesdə
onların yanında olmalı və onlara dəstək göstərməlidir." - deyə
vurğulayıb.
Suriyada müvəqqəti hökumətin mülki insanları qorumaq öhdəliyini alqışlayıram - Quterreş
132