Bakı,
AzerVoice
"Terror təşkilatlarını Suriyadan silməkdən başqa çarə qalmayıb,
PKK/YPG-nin Suriyanı ələ keçirməsi indiki mərhələdə mümkünsüz bir
arzudur"
AzerVoice xəbər verir ki, Türkiyənin
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli,
Suriyada baş verənlərlə bağlı açıqlama verib.
O, Əsəd rejiminin sonunun yaxın olduğunu və Baas partiyasının
səlahiyyətlərinin geniş bir ittifaqla sona çatdığını bildirib.
Suriyada sülhün və regional sabitliyin təmin edilməsi üçün terror
təşkilatlarının silinməsinin vacib olduğunu vurğulayan Bahçeli,
PKK/YPG-nin Suriyada varlığının davam etməsinin "mümkünsüz bir
arzu" olduğunu qeyd edib.
O, bu təşkilatların sağ qalmasının qarşısının alınması üçün
Türkiyənin və Suriyanın mübarizəsini dəstəklədiyini bildirib.
Bahçeli həmçinin, Suriyada qeyri-legitim işğalçılığın qəbul edilməz olduğunu vurğulayıb və sionist barbarlığını yaymaq siyasətini kəskin şəkildə tənqid edib. O, kürd qardaşlarının separatçı terror təşkilatlarına qoşulmalarını da rədd edib, bunun əvəzinə birlik və sülhün təbliğ olunmasının vacibliyini ifadə edib.