Bakı, AzerVoice
Bu il iqtisadiyyatımız üçün uğurlu olacaq.
AzerVoice xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Baş nazir bildirib ki, bununla bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd etmək istərdim:
"Artıq 11 ayda iqtisadi artım 4,1% olmuşdur, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır. Strateji valyuta ehtiyatlarımız 72 mlrd. $ ötmüşdür. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir.
Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirmişdir.
Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini vermişdir", - o bildirib.