Bakı, AzerVoice
Türkiyənin vasitəçiliyi ilə Somali və Efiopiya arasında imzalanan
Ankara Bəyannaməsi, Türkiyənin sülh diplomatiyasındakı uğurlarının
önəmli nümunəsidir.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Kommunikasiyalar Direktoru Fahrettin Altun sosial media
paylaşımında bildirib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən
bu diplomatik addımın dünya sülhünə töhfələr verdiyini qeyd edib.
"Bir çox bölgələrdə və sahələrdə həyata keçirdiyimiz dinc
diplomatik fəaliyyətlər və vasitəçilik səyləri dünya sülhünə böyük
töhfələr verir" - deyə o vurğulayıb.
"Somali ilə Efiopiya arasında imzalanan Ankara Bəyannaməsi Türkiyənin Afrika xalqları və dövlətləri qarşısında etibarlı mövqeyinin mühüm göstəricisidir. Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən diplomatiya regional və qlobal miqyasda davamlı sülhün təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Bu səylər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və bəşəriyyət üçün yeni ümidlər və imkanlar yaradır. Türkiyənin vasitəçiliyi ilə əldə edilən bu razılaşma, xüsusilə iki dost ölkə olan Somali və Efiopiyaya, həmçinin bölgəyə, qitəyə və dünyaya sülh və sabitlik gətirəcək". - deyə Altun bildirib.