Əsas səhifə » Həm İran həm Rusiya baş verən hadisələrdən sonra "U dönüşü" edib - Rufiz Hafizoğlu

Həm İran həm Rusiya baş verən hadisələrdən sonra "U dönüşü" edib - Rufiz Hafizoğlu

Bakı,AzerVoice

Həm İran, həm Rusiya Suriyada baş verən hadisələrdən sonra "U dönüşü" edib.

AzerVoice xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

"İran Hələbin alınmasına qədər, Dəməşqin süqutuna qədər iddia edirdi ki, oradakı bütün müxalifət terroristdir və terroristlərlə hər hansı bir danışığa getmək olmaz. Ama İran xarici işlər nazirliyinin açıqlaması var idi ki, biz Suriya xalqının maraqlarını təmsil edən müxalifətlə danışıqlara hazırıq",- deyə Hafizoğlu bildirib.

Siyasi şərhçi həmçinin Suriya prezidenti Bəşər Əsədin ortadan qeyb olması ilə bağlı da açıqlama verib.

"Bəşər əsədin sirli qeyb olması ilə bağlı müxtəlif versiyalar var. Bilirsiniz ki, Moskva qeyri-rəsmi olsada dövlət mediası ilə bəyan edib ki, o artıq Moskvadadır. Ama mən başqa bir nüansı da qeyd etmək istərdim ki, ərəb mediasında belə bir maraqlı xəbər var ki, Bəşər əsəd Türkiyə kəşfiyyatı tərəfindən oğurlanıb, buda bir iddiadır təbii ki. Mən əminəm ki türkiyə istəsə bunu rahat bir şəkildə edə bilərdi. Lakin, düşünmürəmki bu addım Türkiyənin maraqlarına xidmət edir",- deyə o vurğulayıb.

Hafizoğlu həmçinin Suriyanın gələcəyi ilə də bağlı sualada cavab verib.

"Mən düşünürəm ki burada hər şey Heyət Təhrir əş-Şamın addımlarına bağlı olacaq. Bu təşkilat Türkiyə tərəfdən terror təşkilatı olaraq tanınıb. Mən düşünürəm ki əgər hər şey qaydasında olsa və bölgədə yeni bir müharibə çıxmasa, dövlətlər öz maraqlarına görə dəyişiklik edə bilərlər"- deyə siyasi şərhçi bildirib.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Digər Kateqoriyalar

2024 © Azervoice