Bakı. AzerVoice
Suriyanın baş naziri Məhəmməd əl-Cəlali bazar günü səhər tezdən xalqın seçdiyi istənilən rəhbərliklə “əməkdaşlığa” hazır olduğunu və hakimiyyəti “təhvil vermək” üçün hər cür tədbir gördüyünü bildirib.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki,Suriyanın baş naziri bütün suriyalıları dövlətin ictimai əmlakını qorumağa çağırıb, çünki o, bütün suriyalılara məxsusdur.
“Ey mənim həmvətənlərim olan suriyalılar, mən sizdənəm, siz də məndənsiniz, mən evimdəyəm və Suriyanı tərk etməmişəm. Ölkəmiz bu saatlarda narahatlıq və qorxu içərisindədir”-deyə o qeyd edib.
Qeyd edək ki, bu gün sübh çağı, “Heyat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların“rəsmi olaraq keçmiş baş nazirin nəzarəti altında qalacaqlarını” vurğulayıb.
“Dəməşq şəhərindəki bütün hərbi qüvvələrə ciddi şəkildə keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmaq qadağandır.Rəsmi olaraq təhvil verilənə qədər, havaya güllə atmaq da qadağandır”-deyə o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi. Bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb.
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni
tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk
edib.
Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.
Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.