Əsas səhifə » Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı,AzerVoice

İyulun 15-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,92 dollar ucuzlaşaraq 89,43 dollar olub.

AzerVoice bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,9 dollar ucuzlaşaraq 88,07 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1 dollar ucuzlaşaraq 73,58 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyulun 15-də 1,05 dollar ucuzlaşaraq 86,67 dollar olub.

Digər Kateqoriyalar

2024 © Azervoice