Əsas səhifə » Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Bakı, AzerVoice

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,59 % artaraq 90,35 ABŞ dolları olub.

AzerVoice xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,03 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Digər Kateqoriyalar

2024 © Azervoice