Əsas səhifə » Prezident İlham Əliyev: COP29-a hazırlıq işləri yekun mərhələdədir

Prezident İlham Əliyev: COP29-a hazırlıq işləri yekun mərhələdədir

Bakı, AzerVoice

COP29-a hazırlıq işləri yekun mərhələdədir.

AzerVoice xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlətimizin başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.

Digər Kateqoriyalar

2024 © Azervoice