32
BAKI, AzerVoice
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzerVoice xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə şəxsən öz adımdan və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi və qurumları adından səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.
Uca Allahdan Azərbaycan Respublikasının davamlı tərəqqisi, firavanlığı, İslam ümmətinin əmin-amanlığı, təhlükəsizliyi və rifahı üçün dua edirik.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".