Əsas səhifə » İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Bakı, AzerVoice

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".

Digər Kateqoriyalar

2025 © Azervoice