Əsas səhifə » Liviya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Liviya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bakı, AzerVoice

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".

Digər Kateqoriyalar

2025 © Azervoice