11

Bakı, AzerVoice
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Prezident İlham Əliyevlə Ağdərə rayonuna səfərdən görüntülər paylaşıb.
AzerVoice xəbər verir ki, paylaşımda deyilir:
"Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!".
