Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və
əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nasir
Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edilib.
AzerVoice xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.