Əsas səhifə » Prezident İlham Əliyev: Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir

Prezident İlham Əliyev: Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir

Bakı, AzerVoice

Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir.

AzerVoice xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə deyib.

Dövlətimizin başçısı qeyd edib: "İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".

Digər Kateqoriyalar

2025 © Azervoice