Əsas səhifə » Prezident İlham Əliyev Ukraynaya 1 milyon dollar həcmində humanitar yardımın göstərilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Ukraynaya 1 milyon dollar həcmində humanitar yardımın göstərilməsi ilə bağlı sərəncam imzalayıb

Bakı, AzerVoice:

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.

AzerVoice xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəmcam imzalayıb.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Digər Kateqoriyalar

2025 © Azervoice