Əsas səhifə » Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Bakı, AzerVoice

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Digər Kateqoriyalar

2025 © Azervoice