Bakı, AzerVoice
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
AzerVoice xəbər verir ki, telefon
danışığı əsnasında Prezident İlham Əliyev bu gün Azərbaycan Hava
Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin
təyyarəsinin qəzaya uğraması ilə əlaqadar Sankt-Peterburq şəhərində
keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə
görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar
qəbul etdiyini bildirib.
Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin
vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar
bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və
yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların
tezliklə şəfa tapmasını diləyiblər.