Əsas səhifə » Prezident İlham Əliyev: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir

Prezident İlham Əliyev: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir

Bakı, AzerVoice

Avropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?

AzerVoice xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.

Dövlətimizin başçısı vurğulayıb: "Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".

Digər Kateqoriyalar

2024 © Azervoice