Əsas səhifə » Keating Döyüş Postunda Böyük Mübarizə: Kamdeşdəki Taliban Hücumu və ABŞ-ın Qələbəsi

Keating Döyüş Postunda Böyük Mübarizə: Kamdeşdəki Taliban Hücumu və ABŞ-ın Qələbəsi

BAKI,AzerVoice

3 oktyabr 2009-cu ildə 300-dən çox Taliban döyüşçüsü ABŞ Ordusunun Kamdeşdəki Keating Döyüş Postuna (COP) hücum etdi. Orada xidmət edən, 50-yə yaxın Black Knight Troop (3-61 Kavaleriya Alayı, 4-cü Briqada Döyüş Komanda Qrupu, 4-cü Piyada Diviziyası) əsgərləri Taliban qüvvələrindən xeyli az idilər. Lakin ciddi döyüş hazırlıöı və silah üstünlüyü nəticəsində ABŞ ordu birlikləri Taliban qüvvələrinə qalib gəldilər.

Lakin döyüş zamanı 8 amerikan əsgəri öldü və 22-si yaralandı.

Kamdeş Döyüş Postu yaxşı bir mövqe deyildi
Keating Döyüş Postu (COP) 2006-cı ildə yaradılmışdı. Əfqanıstanın Nuristan əyalətindəki Landai Sin vadisində yerləşən bu mövqe, oraya təyin edilən əsgərlərin əksəriyyəti tərəfindən ən pis mövqe olaraq qiymətləndirilmişdi. Dağlar vadinin üzərində yüksəlir və Keating Postunu yeksəkliklərdən edilən hücümlara qarşı müdafiəsiz edirdi.Həmçinin, yolun olduqca pis olması bu posta əlavə qüvvələrin göndərilməsini olduqca çətin edirdi.

Bütün bu mənfi tərəflərinə baxmayaraq, Keating Postu, Pakistan sərhədinə yaxınlığından dolayı seçilmişdi. Bu bölgə, Pakistan ilə təchizat xətləri olan anti-koalisiya qüvvələri üçün əhəmiyyətli idi və burada yerləşən müttəfiq qoşunların, sərhəd boyunca birləşən üç vadi sisteminin içərisində silahların və döyüşçülərin axınını dayandıracağı düşünülürdü.

Postun əsas rolu, əhali ilə əlaqələr qurmaq və Taliban qüvvələrinə qarşı mübarizə aparmaq idi. Lakin Taliban qüvvələri bu ərazidən keçməyə davam edirdi. Üç il sonra, Keating Postu, müdafiəsinin zəif olmasına görə, olduqca riskli olaraq qiymətləndirildi və avqust 2009-cu ildə bağlanması planlaşdırıldı.

Keating Postu açıldığından bəri, bu bazada tez-tez atıcı və minaatan atəşləri ilə qarşılaşılıb, amma 2009-cu ildə bu hücumlar daha da artmışdı – ilin ilk 9 ayında bu posta 212 hücum olmuşdu. Həmçinin, bazanın bağlanmasının gecikməsi, uyğun nəqliyyat vasitələrinin olmaması və ABŞ Prezidenti Barak Obama ilə Əfqanıstan Prezidenti Hamid Karzai arasındakı böhran səbəbindən baş verdi. Bu, Black Knight Troop-un zəif mövqeyə düşməsinə səbəb oldu – fəlakət isə qaçılmaz idi.

Kamdeş Döyüşü necə başladı?

3 oktyabr 2009-cu il, saat 3:00-da 300 Taliban döyüşçüləri Kamdeşə gəldilər. Xəlvəti bölgəyə girən Taliban siıahlı birlikləri, səhər namazlarını qıldıqdan sonra Keating Postuna Sovet istehsalı olan B-10 tüfəngləri, ağır pulemyotlar, raketli qumbaraatanlar (RPG-lər) və minaatan atəşləri ilə hücum etdilər.

Taliban qüvvələri işğalçı qüvvələrin tabemiliyində olan bazanın planı və silahları haqqında geniş məlumat sahib idilər.

Keating Postuna hücum edən döyüşçülərdən bir hissəsi isə yaxınlıqdakı Observation Post Fritsche-ni hədəf aldı. Saat 6:03-də, postdan təcili xəbərdarlıq gəldi: “FRITSCHE və KEATING CİDDİ DÜŞMƏN ATƏŞİNDƏDİR.”

Daha sonra döyüşdə ilk ABŞ əsgəri başından vurularaq öldü. Bu döyüşdə Taliban qüvvələrini üstün edən snayperlərin olması idi.ABŞ əsgərləri, tank hücumlarına qarşı mühafizə üçün hazırlanmış Humvee-lərdən atəş açmağa çalışdılar, lakin silahlarının sursatı bitdikcə, düşmənin üstünlüyü daha da artdı.

Keating Postunun müdafiəsi Talibanın şiddətli hücumu qarşısında olduqca zəifləyirdi. Keating ətrafındakı Əfqan Milli Ordusunun əsgərləri mövqelərini qorumağa çağırıldılar, amma münaqişə artdıqca onların hamısı qaçdı. ABŞ əsgərləri bildirdilər ki, əfqan əsgərləri, heç biri postda qalmayaraq, qaçıb gizlənmiş və ya bazadakı avadanlıq və təchizatları oğurlamışdılar.

Taliban döyüşçüləri bazaya girib əsas binaları yandırmağa başladılar. Bir saat sonra, Keating Postunun müdafiəçiləri geri çəkilməyə məcbur oldular və sonradan qalan ABŞ əsgərləri, digər əraziləri yenidən ələ keçirmək üçün cəmləşdilər.

Boeing AH-64 Apache helikopterləri, hava dəstəyi verərək Taliban mövqelərini dağıtmağa başladılar. Məhz hava dəstəyindən sonra, məğlub olan Taliban döyüşçüləri geri çəkildi və gecə saat 7-də Keating Postu tamamilə təhlükəsiz oldu.

Digər Kateqoriyalar

2025 © Azervoice